İŞİD Mosuldan qaçmaq istəyən 163 sakini güllələdi

İŞİD Mosuldan qaçmaq istəyən 163 sakini güllələdi
16:17 6 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

"İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 163 dinc sakini güllələyib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib.
 
"Mənim əməkdaşlarımın verdiyi məlumata görə, kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb", - deyə o, söyləyib.
 
İnsanların kütləvi güllələnməsi iyunun 1-də baş verib. Mosulun İŞİD terrorçularından azad olunmasına dair əməliyyat ötən ilin oktyabrında başlayıb. Bu ilin fevralında əməliyyat fəal mərhələyə keçib. Hökumət qüvvələri şəhərin şərq hissəsində nəzarəti ələ ala bilib. Mosulun qərbindəki kvartallarda döyüşlər indiyədək davam edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR