Azərbaycan teatrı tarixində İLK DƏFƏ

Azərbaycan teatrı tarixində İLK DƏFƏ
16:22 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 7-də Azərbaycan teatrı tarixində ilk dəfə olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda hazırlanan görkəmli əfqan yazıçı Xalid Hüseyninin dünya miqyaslı bestselleri əsasında səhnələşdirilən "Min möhtəşəm Günəş” adlı iki hissəli dramı oynanılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkar əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssam Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda cəmiyyətlə, həyatla dramatik savaşıdır.

Rollarda əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Nigar Mirzəyeva, Məryəm Qələndərova, Səmayə İsmayılova, Əhliman Ərşadlı, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Zülfiyyə İsmayılova, Sevinc Hüseynova və b. çıxış edəcəklər.

Tamaşa Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2763410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR