"Neftçi"nin keçmiş futbolçusunu Rusiya MOİK-i istəyir

"Neftçi"nin keçmiş futbolçusunu Rusiya MOİK-i istəyir
16:32 6 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ "Neftçi" klubunun sabiq futbolçusu Aylton Ferreyra Rusiya MOİK-inə keçə bilər. "Report"un "Globo" portalına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçinin nümayəndəsinin əlində "hərbçilər"in təklifi var.
Yaxın günlərdə tərəflər arasında danışıqların aparılacağı bildirilir. 22 yaşlı oyunçu ilə MOİK-dən başqa Portuqaliya "Benfika"sı da maraqlanır.
Qeyd edək ki, müqavilə üzrə Braziliya "Flüminense"sinə məxsus Aylton Ferreyra Silva "Neftçi"də 2015-2016 mövsümündə çıxış edib. O, 32 oyuna 3 qol vurub və 3 dəfə qırmızı vərəqə alıb. Ötən mövsüm isə Aylton Portuqaliya "Eştoril"ində oynayıb və 23 qarşılaşmada 1 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-kecmis-futbolcusunu-rusiya-moi-k-i-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR