Formula 1 Azərbaycan Qran Prisində maksimal sürət azala bilər

Formula 1 Azərbaycan Qran Prisində maksimal sürət azala bilər
16:50 6 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və Formula 1 yarışları üzrə direktoru Çarli Vaytinq deyib.

Onun sözlərinə görə, bu il Formula 1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət 378 km/saat olmuşdu, bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula 1-də dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu".

Ç.Vaytinq əlavə edib ki, Bakı və trass Formula 1 yarışı üçün hazır vəziyyətdədir. “Ötən illə müqayisədə Bakı Şəhər Halqası yarışa daha hazırlıqlıdır. Hər şey yüksək səviyyədə təşkil edilib”.

Ç.Vaytinq əlavə edib ki, Bakıda trekə baxışdan sonra təhlükəsizlik tədbirlərinə yenidən baxılıb: “Təxminən 6-7 döngədə təhlükəsizlik tədbirlərini gücləndirdik. Bu ildən Formula 1 bolidlərinin həcmi 20 sm artacaq. Lakin düşünmürəm ki, Formula 1 bolidlərinin qabaritlərinin artması təhlükəsizliyə təhlükə yaratsın".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2763423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR