Cəlilabadda 14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb

Cəlilabadda 14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb
17:12 6 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 6 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etditi “Zil” markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-14-yasli-velosipedci-yuk-masininin-altinda-qalaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR