Bakıda turistlər qutab bişirdilər - FOTO

Bakıda turistlər qutab bişirdilər - FOTO
17:12 6 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Karvansara Restoran Kompleksinin birgə layihəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə, layihənin gerçəkləşdiyi ilk gün Kompleksə gələn 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib.

Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb. Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR