Hesabalam Palatası daha bir neçə quruma dövlət büdcəsindnə ayrılan vəsaitlərin icrasını yoxlayıb

Hesabalam Palatası daha bir neçə quruma dövlət büdcəsindnə ayrılan vəsaitlərin icrasını yoxlayıb
17:17 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. 
Qurumdan "Report"a verilən məlumata görə, İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabat müzakirə olunub.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliy yanında  “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabat da müzakirə mövzusu olub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesabalam-palatasi-daha-bir-nece-quruma-dovlet-budcesindne-ayrilan-vesaitlerin-icrasini-yoxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR