Biləsuvarda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb

Biləsuvarda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb
17:27 6 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 6 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb.  
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. 
Bundan sonra xəstəxananın Təcili tibbi yardım şöbəsinin əməkdaşları hadisə yerinə gedib və yaralını səhiyyə ocağına gətiriblər. Ancaq daha sonra xəstə yaxınları ilə təcili tibbi yardım avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Məcid Əziz oğlu Qənbərov arasında mübahisə yaranıb. Nəticədə sürücü sifət nahiyəsindən xəsarət alıb.  
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-tecili-tibbi-yardim-avtomobilinin-surucusu-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR