Cəlilabadda "Mercedes" ağaca çırpılıb, sürücü komaya düşüb

Cəlilabadda "Mercedes" ağaca çırpılıb, sürücü komaya düşüb
17:27 6 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Ağdaş kənd sakini, 1941-ci il təvəllüdlü Cavad Qüdrət oğlu Cavadov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan C.Cavadov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı koma vəziyyətində Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-mercedes-agaca-cirpilib-surucu-komaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR