ABŞ-ın neft sənayesi qasırğa təhlükəsi ilə üzləşə bilər

ABŞ-ın neft sənayesi qasırğa təhlükəsi ilə üzləşə bilər
17:42 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bu il yayın sonunda və yaxud payızın əvvəlində ABŞ-da bir neçə böyük qasırğa hadisəsi baş verə bilər. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli okean və atmosfer araşdırmaları idarəsi (NOAA) məlumat yayıb. 
Məlumatda qasırğaların Meksika körfəzindəki qazmaçılar, neft emal edən zavodlar üçün potensial təhlükə olduğu qeyd edilib. 
NOAA-da hesab edirlər ki, qasırğa mövsümünün normal keçməsi ehtimalı 45%-dir. Mövsümün normaldan aşağı və daha təhlükəli keçməsi ehtimalı isə müvafiq olaraq 35% və 20%-dir. Proqnozlar göstərir ki, bu mövsümdə ABŞ-da 11-17 dəfə küləkli havanın olması ehtimalı 70%-ə bərabərdir. Bunlardan 5-9-u qasırğa, 2-4-ü isə şiddətli qasırğa ola bilər. 
NOAA-nın aparıcı sinoptiki Cerri Bell bildirib ki, bu mövsüm çoxlu sayda qasırğa gözlənilir. 
Xatırladaq ki, son 10 ildə ABŞ-da böyük qasırğa qeydə alınmayıb. 2005-ci ildə "Katrina" və Rita" qasırğaları Meksika körfəzində 115 neft platformasını məhv edib, 52-nə isə zərər vurub. O zaman dünya bazarında "WTI" markalı neftin qiymətində 20% artım qeydə alınmışdı. Qiymətlər 57 dollar/bareldən 69 dollar/barelə yüksəlmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-in-neft-senayesi-qasirga-tehlukesi-ile-uzlese-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR