Filippindən Qətərlə bağlı QADAĞA

Filippindən Qətərlə bağlı QADAĞA
18:05 6 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin hökuməti öz vətəndaşlarının Qətərə işləməyə getməsinə müvəqqəti qadağa qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu addım ötən gün ərəb ölkələri ilə Qətər arasında yaşanan diplomatik böhranla əlaqədar atılıb.

Məlumatda qeyd olunur ki, bu qadağanın müddəti Qətərlə bağlı vəziyyətdən asılı olacaq.

Hazırda bu ölkədə 250 minə yaxın filippinli işləyir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavriki də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR