"Spartak" klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

"Spartak" klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb
18:07 6 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya "Spartak"ı baş məşqçi Massimo Karrera ilə müqavilə müddətini 2 il uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin 30 iyun 2018-ci ilədək nəzərdə tutulan əmək müqaviləsinin müddəti növbəti il də qüvvədə olacaq.
Karrera "Spartak"a 2016-cı ilin avqustunda baş məşqçi təyin olunub. O, Dmitri Aleniçevi əvəzləyib. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında "qırmızı-ağlar" 2001-ci ildən sonra ilk dəfə Rusiya çempionu olaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/spartak-klubu-bas-mesqcisi-ile-muqavile-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR