Zaqatalanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayırıb

Zaqatalanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayırıb
18:12 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədlə Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/zaqatalanin-yol-neqliyyat-infrastrukturunun-yaxsilasdirilmasina-4-4-milyon-manat-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR