Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Afinada beynəlxalq sammit keçirilir (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Afinada beynəlxalq sammit keçirilir (FOTO)
18:36 6 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) dəstəyi ilə “Concordia” təşkilatının Avropa Sammiti işə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək sammitdə Avropa İttifaqı-ABŞ münasibətləri, təhsil və səhiyyə sahəsində əməkdaşlıq, qaçqın böhranı, insan haqları, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunur. Tədbirin işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, UNESCO-nun xoşmərmalı səfiri Marianna Vardinoyannis, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və başqaları iştirak edirlər.

Yunanıstan Prezidenti Prokopis Pavlopulosin açılış nitqindən sonra sammit öz işinə panel iclasla davam edib.

İclasda Avropa Komissiyasının sabiq Prezidenti Jose Manuel Durao Barroso ABŞ-Avropa İttifaqı arasında iqtisadi və ticari münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı fikirlərini bölüşüb.

Sammit çərçivəsində NGBM üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın sabiq Prezidenti Boris Tadiçin Yunanıstanın sabiq Baş naziri Kostas Karamanlis ilə görüşü keçirilib. Görüşdə 2018-ci ildə Bakı şəhərində keçiriləcək VI Qlobal Bakı Forumu və Yunanıstanda keçirilməsi nəzərdə tutulan XIV Ali Səviyyəli toplantı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Yunanıstan Prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2763466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR