İcazəsiz kompüter sisteminə daxil olmaq baha başa gələcək - Cərimə artırıldı

İcazəsiz kompüter sisteminə daxil olmaq baha başa gələcək - Cərimə artırıldı
19:05 6 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kompüter sisteminə icazəsiz daxil olmağa görə cərimə artırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu, Cinayət Məcəlləsinin 271-ci maddəsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə edilən dəyişikliyə əsasən, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmağa görə cərimə 2000 manatdan 4000 manatadək miqdarda müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 1000 manatdan 2000 manatadək idi.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə cərimə məbləği 4000 manatdan 6000 manatadək (bundan əvvəl 2000 manatdan 3000 manatadək) məbləğdə müəyyən edilib.

Dəyişikliklər Milli Məclis tərəfindən təsdiq edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR