Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər
19:22 6 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

S.Lavrov bildirib: "Yalnız danışıqlar, başqa yol yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yaranırdı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir".

Onun sözlərinə görə, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2763483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR