Səudiyyə Ərəbistanı klubu "Qatar Airways"dən imtina etdi

Səudiyyə Ərəbistanı klubu "Qatar Airways"dən imtina etdi
19:27 6 İyun 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və Qətər arasında münasibətlərin gərginləşməsi futbola da təsirini göstərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Al Ahly" bu gün "Qatar Airways" şirkətinin sponsorluğundan imtina edib. Ciddə klubu bu barədə tvitter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də 6 ölkə Qətərlə diplomatik əlaqələri kəsdiyini elan etmişdi. 2022-ci ildə dünya çempionatını qəbul edəcək Qətər radikal terror təşkilatlarını dəstəkləməkdə ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR