"Həyatım boyunca etdiklərimin bədəlini ödəməyə hazıram" -

Arda Turan milli karyerasını bitirdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı mətbuat konfransı keçirən Arda bunları deyib:

"Bu hadisə əslində olmamalı idi. Amma peşman deyiləm. Özümü quş kimi hiss edirəm - rahatam. Həyatım boyunca mənə deyilənləri, mənə qarşı edilənləri unutmamışam. 2006-cı ildə fitə basılmağım da yadımdadır. Həyatda hər etdiyinizin bədəlini ödəyirsiniz.

Həyatım boyunca heç vaxt yaxşı futbolçu olmaq üçün çalışmamışam. Bu, mənim işimdir. Amma yaxşı insan olmaq üçün çalışmışam. Nələr etdiklərini bilirəm. Eynisini edənləri gördüyüm zaman yəqin ki, yenə oxşar reaksiya verərəm.

2002-ci ildən bəri Türkiyə yığmasının müxtəlif yaş qruplarında oynamışam - ölkəmi sevərək, formaya aşiq şəkildə, pulu düşünmədən, lazım gəldiyi zaman stereoid, kortizon işlədərək meydana çıxmış biri kimi. Ölkəmi, bayrağımı, ölkəmin insanlarını çox sevirəm. Hər dəfə bu problemlər yarananda deyirdim ki, istəyirsiniz kənara çəkilim. Artıq zamanının gəldiyini düşünürəm. Birgə çalışdığım hamıya, dostlarıma, ailəmə təşəkkür edirəm. Həyatım boyunca etdiklərimin bədəlini ödəməyə hazıram.

Lazım olanı edirəm. Milli karyeramı bitirirəm - şərəfim və namusumla. İnşallah insanlara yaxşı futbolçuluğumla deyil, insanlığımla örnək olaram".

Qeyd edək ki, Arda Turan yığma komandanı daşıyan təyyarədə "Milliyyet" qəzetinin jurnalisti Bilal Meşeyə hücum edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR