Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-dək insan yaralanıb

Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-dək insan yaralanıb
20:12 6 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 48 nəfər xəsarət alıb.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası bildirib.
Metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mokaddəmin sözlərinə görə, tuneldən çıxan qatar şəhərin qərbində yerləşən Taraşt stansiyasında dayanan digər qatarla toqquşub.
Telekanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar şəhərin 3 xəstəxanasına yerləşdiriliblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/tehran-metrosunda-iki-qatarin-toqqusmasi-neticesinde-50-dek-insan-yaralanib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR