Melaniya Bosniya və Herseqovinada peyda oldu

Melaniya Bosniya və Herseqovinada peyda oldu
20:28 6 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovinada ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, heykəltəraş Stevo Selak Banya-Luka şəhərində öz evinin həyətində ABŞ-ın birinci xanımının gips və dəmirdən heykəlini hazırlayıb.

Melaniyanın saçları və fiqurunu düzgün təsvir etmək üçün heykəltəraş işə başlamazdan əvvəl stilistlər və bərbərlərlə məsləhətləşib. Yeni heykəl Stevo Selakın həyətində artıq hazılanan Tramp və Rusiya prezidenti Vladimir Putinin heykəllərindən ibarət kompozisiyaya əlavə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR