Əfqanıstan prezidenti İlham Əliyevi təbrik edib

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Metbuat.az-ın məlumatına görə, məktubda deyilir:

“28 May - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ölkələrimiz arasında qarşılıqlı maraqların nəzərə alınması ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi Əfqanıstan üçün vacib məsələlərdəndir. Mən Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud dostluq əlaqələrindən razılığımı bildirir və bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini arzulayıram. Zati-aliləri, Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzu edirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR