Aviasiya məktəbində YANĞIN

Aviasiya məktəbində YANĞIN
20:57 6 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

İrkutskda keçmiş hərbi aviasiya məktəbinin korpuslarının birində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şahidləri bildiriblər ki, yanğın aerodinamik korpusda başlayıb, daha sonra alov zabitlər klubuna keçib. Hazırda binadakı qiymətli eksponatlar yerləşən muzey binası da yanğın təhlükəsi altındadır.

Fövqəladə Hallar Xidmətinin mətbuatla iş üzrə rəhbəri Andrey Şurov isə insidentlə bağlı Rusiya KİV-ə bildirib ki, yanğının söndürülməsi üçün əlavə canlı qüvvə və texnika cəlb edilib. O, qeyd edib ki, ətrafdakı sakinlər üçün heç bir təhlükə yoxdur.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR