Tənha yaşayan xalq artistimiz: "Arzularım var idi, övlad istəyirdim" - FOTO

Tənha yaşayan xalq artistimiz: "Arzularım var idi, övlad istəyirdim" - FOTO
21:12 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Sumqayıt Dram Teatrının ilk aktrisalarından biri olan Svetlana Həkimova hazırda tək-tənha ömür sürür.

Milli.Az-a danışan aktrisa şəxsi həyatı haqda açıqlamalar edib:

"Mən Sumqayıt Dram Teatrının səhnəsində uzun illər çalışmışam, bir çox komik və dramatik rollar oynamışam. Düzdür, hazırda artıq təqaüdə çıxmışam. Ömrümü teatr sənətinə həsr etdiyimdən filmlərdə çəkilmək mənim üçün bir o qədər də maraqlı olmayıb. Ona görə də bir çox tamaşaçılar bəlkə də məni tanımır (gülür). Vaxtilə teatrın səhnəsində ağır rolları çiynimdə daşımışam. Aktrisa Kübra Əliyeva dediklərimə şərik çıxa bilər, çünki o da mənimlə birgə bu teatrın ağır yükünü daşıyıb".

Xalq artisti tək qalma səbəbindən də danışıb:

"Hələ cavan olanda anama deyirdim ki, mən ailə qurmayacağam. Amma görürdüm ki, bir rəfiqəm evlənir, həvəslənirdim. Görünür, öz taleyimi hələ cavan ikən yazmışdım. Təbii ki, sonralar ailə qurmaq haqqında fikirləşirdim, sadəcə qorxurdum. Çünki qarşımdakı insana inam böyük olmalı idi. Təbii ki, mən də istəyərdim ki, övladlarım, nəvələrim olsun. Amma bu taleyim ilə uzun illərdir ki, barışmışam. Düzünü deyim ki, heç darıxmıram da. Çünki ev işləri başımı qatır, kitab oxuyuram, tərcümələr edirəm. Gənc qızlara tövsiyə edirəm ki, vaxtında ailə qursunlar və ailələrinin qədrini bilsinlər".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/550712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR