Dönərçi qadın: İri bıçaq, taxta alət və zərif əllər... - VİDEO

Dönərçi qadın: İri bıçaq, taxta alət və zərif əllər... - VİDEO
21:12 6 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Adətən dönər bişirən deyəndə kişilər yada düşür. Yevlaxda bir qadın artıq bu işin ustası olub. O, özü bişirdiyi dönərin dadının da fərqli olduğunu bildirir. Gün ərzində isə 250 dönər satır.

İri bıçaq, taxta alət və zərif əllər... Bu rayonda daha çox kişilərin gördüyü işlə qadın məşğul olur.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Yevlaxdandır. 35 yaşlı Zülfiyyə Həşimova digər həmcinslərindən fərqli olaraq isti soyuğa baxmayaraq gün ərzində 250 dönər hazırlamağı bacarır.
Yevlax sakini 10 il öncə paytaxtda usta köməkçisi kimi işləyib. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra qadın, 3 övladını böyütmək üçün dönərçiliyə başlayıb. Zülfiyyə Həşimova kişi ustaya nisbətən, qadının əl dadının bir başqa olduğun deyir. Bunu müştərilərdə təsdiqləyir.
Qadın dönərçinin işlətdiyi yer özünün deyil. O, dönərçi usta kimi bişirib satır və gündəlik pulunu alır. 3 oğul anası olan Zülfiyyə Həşimovanın istəyi gələcəkdə öz işini qurmaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR