Bakıda falçı tutuldu: Azərbaycanda insanlar falçılara niyə inanır? - VİDEO

Bakıda falçı tutuldu: Azərbaycanda insanlar falçılara niyə inanır? - VİDEO
21:12 6 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Fal və falçılıqla bağlı mütamadi süjetlər hazırlayırıq və hər dəfə sorğularımızda iştirak edən vətəndaşlar falçılara inanmadıqlarını söyləyir. Amma vaxtaşırı da falçıların tələsinə düşən insanlar, dələduzluqda şübhəli bilinərək həbs olunan falçılar barədə də xəbərlər gəlir. Elə bu gün də daha bir falçı iki nəfərdə fala baxmaq adı ilə 1100 manat pul alıb və sonra polis tərəfindən tutulub. Maraqlıdır, insanlar falçılara inanmadıqlarını desə də, niyə hələ də falçıların bazarı bu qədər aktivdir? Bəs kimdir falçılara inanlar?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda 2 nəfəri fala baxmaq adı ilə aldadıb 1100 manat pulunu mənimsəyən falçı saxlanılıb.
Polis Bakı şəhər sakini Roziya Jelandinovanı vətənaşların şikayətindən sonra tutub. Dələduzluq əməlini törədən qadın uzun illərdir ki. Falçılıqla məşğul olub. Ona Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb.
Falçılara müraciət edib, sonra onların dələduzluğu ilə üzləşən insanlar haqda tez tez xəbərlər eşidirik. Maraqlıdır ki, vətəndaşlar arasında sorğu keçirəndə isə fala və falçılara inanmadıqlarını deyirlər.
Maraqlidir, insanlar falçilara inanmadiqlarini desə də, niyə hələ də falçilarin bazari bu qədər aktivdir? Bəs kimdir falçilara inanlar?
Psixoloq Elnur Rüstəmov deyir ki, falçıların belə dələduzluqları başqa insanlara dərs olmalıdır.
Hüquqşünas Asif Abdullayev isə xatırladır ki, dələduzluqla qarşılaşan insanlar mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidir.
Xatırladaq ki, İslam dinində də fal və falçılıq qəbul edilmir, böyük günah sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR