"Atletlər kəndi"ndəki binalar satışa çıxarılır? - VİDEO

"Atletlər kəndi"ndəki binalar satışa çıxarılır? - VİDEO
21:12 6 İyun 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Müxtəlif kütləvi informasiya vasitələrində I Avropa Oyunları və IV Islam Həmrəyliyi Oyunları zamanı idmançıların qalması üçün ayrılan "atletlər kəndi"ndəki binaların satışa çıxarılması ilə bağlı məlumatlar yayılıb. Gənclər və İdman Nazirliyindən məsələyə münasibət bildirilib.Verilən açıqlamada binaların satılması yox şirkətlə bağlanan müqavilənin başa çatması bildirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Atletlər kəndində olan binaların satışa çıxarılması məsələsinə aydınlıq gətirilib...
Bakıda keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qalması üçün ayrılan "Atletlər kəndi"ndəki binaların istifadəsi üçün bağlanan müqavilə başa çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə,binaları tikən şirkətlə "2015-ci ildə bağlanan icarə müqaviləsi başa çatdığı üçün binaların çox hissəsi şirkətə qaytarılacaq.
Binaları inşa edən şirkət "Atletlər kəndi"ndəki bir neçə binanı ehtiyat olaraq boş saxlayacaq.Məqsəd ölkədə keçirləcək digər beynəlxalq idman yarışları zamanı idmançıların orada yerləşdirilməsidir.Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb.
"Atletlər kəndi"ndəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları isə toxunulmayacaq.Qeyd edək ki,Paytaxın Nizami rayonu Heydər Əliyev prospekti yerləşən atletlər kəndinin tikintisinə 2008-ci ildə başlanıb.Şəhərcikdə 45 girişli 13 yaşayış binası var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR