Bura ilk baxışdan tarix muzeyini xatırladır - VİDEO

Bura ilk baxışdan tarix muzeyini xatırladır - VİDEO
21:22 6 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə şəhər 5 saylı orta məktəbdə bir sinif otağı tarix muzeyinə çevrilib. Məktəbin sinif otağında müxtəlif dövrləri əhatə edən qədim ekspanatlar yerləşdirilib. Şagirdlər də qədim əşyalara görə tarix dərsinə maraq göstərirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bura ilk baxışdan tarix muzeyini xatırladır. Lakin muxtelif tarixi dövrləri əhAtƏ edən ekspanatların toplandığı bu məkan Bərdə rayonun Alı Mustafayev adına 5 saylı orta məktəbdin tarix kabinetidir.
Tarixi müəllimi Minayə Nəbadi eksbanatları 2000- ci ildən yığmağa başlayıb. Onun məqsədi müxtəlif qədim əşyalar vasitəsilə dərs dediyi şagirdlərə tarixi dövrlərlə əyani tanış etməkdir.
Kabinetdəki, ekspanatlar arasında yaşı miniliklərə söykənən tarixi əşyalarda var. Bütün ekspanatlar rayon ərazisindən tapılib. Müxtəlif saxsı qablar, geyim əşyaraları, xalçalar, mis qablar qədim küplər şagirdlərin daha cox marağına səbəb olur.
Tarixi müəllimi Minayə Nəbadi bildirir ki, bu ekspanatları onlara vətəndaşlar və məktəbdə təhsil alan şagirdlər hədiyə edib. İldən ilə tarix kabineti zənginləşməyə davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bura ilk baxışdan tarix muzeyini xatırladır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR