Rusiya Azərbaycanı kiril əlifbasına qayıtmağa çağırdı

Rusiya Azərbaycanı kiril əlifbasına qayıtmağa çağırdı
21:48 6 İyun 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb.

Nazir “Rus dünyası və rus dili: tarixi köklər və inkişaf istiqamətləri” adlı Forumda çıxışı zamanı bu haqda danışıb.

“Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya - kiril əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kiril əlifbasına sadiqlik barədə danışırlar” - Vasilyeva bildirib.

Nazirin fikrincə, Rusiya kiril əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. “Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib” - Olqa Vasilyeva deyib.

SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kiril əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2020-ci ildə tamamlanacağını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR