İsrail polisi atəş açdı -

Kefr Kasım bölgəsində baş verən atışma zamanı əslən Fələstindən olan bir İsrail vətəndaşı dünyasını dəyişib.

Metbuat.az bildirir ki, İsrail polisinin yaydığı yazılı bəyanatda qeyd olunub:

"Əksəriyyəti ərəblərdən ibarət olan Kefr Kasım bölgəsində polislə vətəndaşlar arasında atışma olub. Polis daş və molotof kokteyli ilə hücuma keçən insanlara qarşı atəş açmaq məcburiyyətində qalıb. Ancaq hadisə zamanı yaralanan bir vətəndaşın həyatını xilas etmək mümkün olmayıb".

Yerli mənbələrin məlumatına görə, ölən vətəndaş 20 yaşlı Əhməd Tahadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR