Lerikdə yarımstansiya yanıb

Lerikdə yanğın hadisəsi qeydə alınıb.

FHN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanğın ümumi sahəsi 250 m2 olan tikilidə baş verib. Tikilinin içərisində yerləşən yarımstansiyanın 3 ədəd elektrik açarı və 15 p.m elektrik kabeli yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR