Sabirabadda avtomobil at arabasını vurub, 3 nəfər yaralanıb

Sabirabadda avtomobil at arabasını vurub, 3 nəfər yaralanıb
22:17 6 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad. 6 iyun. REPORT.AZ/ Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yolla hərəkət edən at arabasını vurub. Nəticədə arabada 2-si qadın, 1-i kişi olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qaratoğay kənd sakinləri olduğu bildirilən yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-avtomobil-at-arabasini-vurub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR