Ən isti planet kəşf olundu

Ən isti planet kəşf olundu
22:28 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ən isti planet kəşf edilib. Yupiterə bənzəyən, “KELT-9b” adı verilən planetin səthində temperatur gündüz saatlarında 4300 dərəcə olur.

Publika.az xəbər verir ki, “Nature” jurnalının məlumatına görə, bu planetdəki temperatur qalaktikadakı bir çox ulduzdan daha çox isti, Günəşdən 200 dərəcə azdır.

İstilik səbəbindən planetdə su və karbondioksit kimi molekullar var olmur. Yupiterdən 2.8 dəfə böyük olan bu planetin kütləsi Yupiterdən 2 dəfə azdır. “KELT-9b” Yerdən 650 işıq ili uzaqdadır.

Planetlə bağlı araşdırma aparan Ohio Universitetinin Astronomiya bölməsinin professoru Skot Gaudi onun kütlə baxımından digər planetlərə bənzədiyini, lakin atmosfer baxımından bu vaxta qədər kəşf edilən bütün planetlərdən fərqləndiyini deyib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/201601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR