ABŞ Suriya ordusunu raket atəşinə tutdu

ABŞ Suriya ordusunu raket atəşinə tutdu
23:03 6 İyun 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri Suriyanın At-Tanfe bölgəsində hökumət güclərinə növbəti dəfə raket zərbələri endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda koalisiya güclərinin bəyanatında deyilir.

“Koalisiya Suriya rejimini dəstəkləyən əlavə gücləri Suriyanın cənubunda münaqişənin qarşısının alınması üçün yaradılan zona daxilində məhv edib. Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejimi dəstəkləyən güclər bu zonaya giriblər. Söhbət tanklar, artilleriya, zirehli avtomobillər, hava hücumundan müdafiə vasitələri və 60-dan çox əsgərdən gedir. Onlar At-Tanfe qarnizonunda olan koalisiya güclərinə təhlükə təşkil edirdilər”, - bəyanatda qeyd edilib.

Koalisiyanın bəyanatında bildirilir ki, Suriya hakimiyyəti ilə vuruşmaq niyyətində deyil, amma ehtiyac olduğu halda müdafiə olunacaqlar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR