Xurma yemək üçün 5 səbəb

Xurma yemək üçün 5 səbəb
23:12 6 İyun 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Yaddaşı gücləndirir: A və B vitaminlərlə zəngin olması və ehtiva etdiyi yüksək miqdarda maqnezium sayəsində yaddaşının güclənməsini dəstəkləyir. Bu səbəbdən, xurma xüsusilə yaşlılıq və uşaqlıq dövründə istehlak edilməlidir.

2. Depressiyadan qoruyur: Xurma günümüzdə tez-tez qarşılaşılan stress və stress əsaslı xəstəliklərin qarşısının alınmasında da faydalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar xurmada yüksək miqdarda olan B6 vitamini və maqneziumun sinir sistemini gücləndirdiyini göstərib.
 
3. İnfeksiya riskini azaldır: Xurma tərkibindəki A və C vitamini sayəsində bədəni zərərli bakteriyalardan və mikroblardan təmizləyən güclü bir antioksidantdır. Yüksək qida dəyərinin yanında, immunitet sistemini gücləndirən selenyum ilə də zəngin olması antioksidant təsirini artırır.
 
4. Gözlərimizin dostu:
Xurma gözlərimizin dostu olan beta karoten ilə zəngin bir qidadır. Beta Karoten gözlərin daha da sağlam olmasını təmin edərək gecə korluğu kimi xəstəliklərin əmələ gəlmə riskini azaldır. Digər bir tərəfdən də katarakt əmələ gəlməsini ləngidir.
 
5. Sümükləri gücləndirir: Kalsium və fosfatdan zəngin olan xurma güclü sümük formalaşmasını təmin edir. Sümük yumşalması, sümük əriməsi kimi müxtəlif vitamin və mineralların qüsurlarından dolayı yaranan sümük xəstəliklərinin qarşısının alınmasında təsirli olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR