"Milan" növbəti transferini reallaşdırmağa yaxındır -

"Volfsburq"un müdafiəçisi Rikardo Rodriqesin "Milan"a transferi bitmək üzrədir.

Metbuat.az-ın məlumatına görə, isveçrəli futbolçu tibbi müayinədən keçmək üçün Lombardiyanın paytaxtına yollanıb.

"Milan" müdafiəçiyə görə 18 milyon avrosundan keçəcək.

Qeyd edək ki, cari mövsümdə 24 matçda meydana çıxan Rikardo Rodriqes 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR