Güclü külək və leysan Lerikdə fəsadlar törətdi

Güclü külək və leysan Lerikdə fəsadlar törətdi
23:48 6 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Publika.az xəbər verir ki, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə yağan leysan yağışlar səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb.

İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib.

Bundan başqa, rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/201606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR