ABŞ-ın başçılıq etdiyi koalisiya Əsəd qüvvələrinə zərbə endirib

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın At-Tanfa bölgəsində Əsəd rejimini təmsil edən qüvvələrə növbəti dəfə zərbə endirib.

Metbuat.az bildirir ki, bu barədə koalisiya qüvvələri rəsmi məlumat yayıb. Məlumatda deyilir:

"Ölkənin cənubunda yaranan təhlükəsiz zonanın daxilində yerli rejimi dəstəkləyən dəstələr məhv edilib.

Xəbərdarlıqlara baxmayaraq, həmin qüvvələr təhlükəsiz zonaya daxil olublar. Koalisiya xəbərdarlıq etdikdən sonra iki artilleriya qurğusunu, bir havadan müdafiə silahını və tankı məhv edib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR