Tillerson: “ABŞ Dağlıq Qarabağ münaqişəsində prinsipinə sadiqdir”

Tillerson: “ABŞ Dağlıq Qarabağ münaqişəsində prinsipinə sadiqdir”
01:13 7 İyun 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatında bildirilir.

ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir:

“Mən, Amerika xalqı adından Respublika Gününün ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Amerika Birləşmiş Ştatları və Azərbaycan güclü tərəfdaşdırlar, uzun illərdir ki, enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, eləcə də demokratik prinsiplər əsasında dialoq qururlar. Ramazan ayının başlanması, həmçinin müsəlman şərqində ilk parlamentli respublikanın qurulmasından 99 il ötməsi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm.

Amerika Birləşmiş Ştatları xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səyləri dəstəkləyir.

Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqik.

ABŞ gələcəkdə də Azərbaycanla bütün sahələrdə daha sıx əməkdaşlıq qurmaq niyyətindədir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR