Ağdaş sakininin həyətində narkotik bitki plantasiyası aşkar olunub

Ağdaş sakininin həyətində narkotik bitki plantasiyası aşkar olunub
01:22 7 İyun 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Ağdaş rayonunun Pirəzə kəndində narkotik bitki plantasiyası aşkar olunub.
“Report”un Qərb bürosu xəbər verir ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşları tərəfindən Pirəzə kənd sakini, 1992-ci il təvəllüdlü Xəyal Qürbət oğlu Quliyevin həyətinə baxış zamanı, onun xüsusi hazırlanmış şəraitdə narkotik bitkilər yetişdirdiyi məlum olub.
Yetişmiş 428 ədəd bitki kolu toplanaraq götürülüb. Məlumata görə, evə baxış zamanı qanunsuz saxlanılan bir ədəd ov tüfəngi, bir ədəd vinçester markalı tüfəng və patron aşkar edilib. Əməliyyat sonrası narkotik bitkilər və silah-sursat dəlil olaraq şöbəyə aparılıb. Xəyal Quliyev saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdas-sakininin-heyetinde-narkotik-bitki-plantasiyasi-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR