Rusiya Qətərlə bağlı qərarını açıqladı

Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Tamim ibn Hamad əs Sani arasında telefon danışığı olub.

Metbuat.az bildirir ki, rəsmi Kremlin yazılı bəyanatında telefon danışığı zamanı iki ölkə arasındakı ticari, iqtisadi və investisiya məsələlərində əməkdaşlığın davam edəcəyi vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub: "Aprel ayında baş tutan hökumətlərarası ikili görüşmələrin nəticələri müsbət qiymətləndirilib. O cümlədən, qeyd edək ki, Vladimir Putin böhran vəziyyətlərinin diplomatik yollarla dialoq yaradaraq həllinin tərəfdarıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR