BMT-dən Qətər təklifi:

BMT baş katibinin sözçüsü Stefan Duyarriç gündəlik brifinqində Qətər və digər ərəb ölkələri arasındakı mövzuya toxunub.

Metbuat.az-ın məlumatına görə, Duyarriç baş katib Antoniu Quterreşin vasitəçilik etməyə hazır olduğunu bildirib: "Əgər ehtiyac yaranarsa, Antoniu Quterreş vasitəçilik edə bilər. Biz problemin ən qısa müddət ərzində həllində maraqlıyıq".

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir və Yəmən terrora dəstək verdiyini iddia etdikləri Qətərlə əlaqələrini kəsiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR