Reks Tillerson: ABŞ gələcək illərdə Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir

Reks Tillerson: ABŞ gələcək illərdə Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir
02:29 7 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatı yerləşdirilib.

Trend Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.

“ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”,- deyə dövlət katibi vurğulayır.

Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səyləri dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.

Bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2763536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR