Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub

Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub
02:32 7 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Çilinin Argentina və Boliviya ilə sərhədində yerləşən şimal hissəsində 5,5 maqnitudalı zəlzələ olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Kalama şəhərinin 53 kilometr cənubunda, 150 minə yaxın insanın yaşadığı ərazidə olub. Zəlzələnin ocağı yerin 116 km. dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cilinin-argentina-ve-boliviya-ile-serhedinde-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR