Vaşinqton: Kremli Monteneqroda çevriliş hazırlayırmış

Vaşinqton: Kremli Monteneqroda çevriliş hazırlayırmış
03:14 7 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıbmış, bu barədə ölənin NATO üzrə tərəfdaşları məlumatlandırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu bəyanatı ABŞ dövlət katibinin köməkçisi vəzifəsini müvəqqəti icra edən Con Xeffern səsləndirib.     

 

 “Ötən il Monteneqroya bir qrup rusiyalı casus toplaşmışdı və ölkə rəhbərliyi bizi hazırlanan dövlət çevrilişi barədə məlumatlandırmışdı. Rusiyalı casuslar Monteneqroda seçkiləri pozmaq məqsədi ilə müxtəlif mexanizmlərdən istifadə ediblər”, - deyə Con Xeffern bildirib.     

 

Qeyd edək ki,  Monteneqro iyunun 5-də NATO-nun tamhüquqlu üzvü olub. Bundan əvvəl Monteneqro XİN rəhbəri Secan Darmanoviç  bildirib ki, hökumət Alyansa qoşulmaq niyyətində olduğu üçün Rusiya ölkənin daxili işlərinə güclü müdaxilə edib. Rusiya tərəfi bu ittihamları rədd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR