Bu tanınmış da "Maşın"dan getdi

Bu tanınmış da "Maşın"dan getdi
04:09 7 İyun 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti şounun daha bir buraxılışı baş tutub. Lent.az-ın məlumatına görə, bu dəfə səs verməyə müğənni Səidə Sultan çıxıb.

 

O, səs topladığı təqdirdə rejissor Aqil M.Quliyevi yarışmadan uzaqlaşdıracağını bildirib. Aqil pərəstişkarlarından S.Sultanın getməsinə səs verməyi xahiş edib.

 

Verilişin sonunda S.Sultan 21,07 faiz səs toplayaraq şounu tərk edib.

 

Qeyd edək ki, hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR