ABŞ Aralıq dənizindən İŞİD-in mövqelərinə zərbə endirib

ABŞ Aralıq dənizindən İŞİD-in mövqelərinə zərbə endirib
04:52 7 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Aralıq dənizinin şərq hissəsinə yerləşdirdiyi gəmilərdən İŞİD terror qruplaşmasının mövqelərinə silsilə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.
"İyunun 6-dan "Corc Buş" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində Aralıq dənizindən zərbələri bərpa edib", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, zərbə qrupu iyunun 5-də "Sarsılmaz qətiyyət"ə dəstək əməliyyatı həyata keçirdikdən sonra və ABŞ HDQ-nin 5-ci donanmasının tərkibində dənizdə təhlükəsizliyi təmin etmək üçün Aralıq dənizinə daxil olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-araliq-denizinden-i-si-d-in-movqelerine-zerbe-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR