İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib

İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib
05:07 7 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ İordaniya hökuməti Yaxın Şərqdə ən məşhur telekanallardan biri olan Qətərin "Al Jazeera" kanalının fəaliyyət üçün lisenziyasını geri çağırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İordaniya kabinetinin nümayəndəsi məlumat verib.
Həmçinin qeyd olunur ki, İordaniya Qətər Dövlətindəki diplomatik nümayəndəliyinin səviyyəsini də aşağı endirdiyi bəyan edib.
Qeyd edək ki, səkkiz ölkə - BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Onlar əmirliyi terrorizmi dəstəkləməkdə ittiham edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ordaniya-qeterin-al-jazeera-telekanalinin-lisenziyasini-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR