Bakıda yüksək sürətlə hərəkətdə olan maşın aşıb, yaralananlar var

Bakıda yüksək sürətlə hərəkətdə olan maşın aşıb, yaralananlar var
05:32 7 İyun 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.
Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yuksek-suretle-hereketde-olan-masin-asib-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR