Ərdoğan Qətərin təcrid olunmasını pislədi

Ərdoğan Qətərin təcrid olunmasını pislədi
06:43 7 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti ərəb ölkələrinin Qətərə qarşı göstərdiyi münasibəti pisləyib və tərəfləri dialoqa çağırıb.

Ərdoğan bildirib ki, baş verən hadisələr regiondakı bütün ölkələrə ziyan vuracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR