"Liverpul"u şikayət edəcəklər

"Liverpul"u şikayət edəcəklər
07:42 7 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Sauthempton" "Liverpul"dan şikayət edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "müqəddəslər" qarşı tərəfin Virqil Van Daykla müəyyənləşdirilmiş normalara riayət etmədən danışıqlar aparmasından narazıdır. Qaydalara əsasən, futbolçunun klubla müqaviləsinin bitməsinə 1 ildən çox varsa, danışıqlar üçün həmin klub rəhbərliyindən icazə alınmalıdır. "Sauthempton" Premyer Liqa rəhbərliyinə müraciət edərək "mersisaydlılar"a qarşı ölçü götürülməsini tələb edəcək. 25 yaşlı Van Dayk ötən ilin iyulunda klubla müqaviləsini 2022-ci ilə kimi uzadıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR